21.02.2018
İsmayıllıda dini radikalizmlə bağlı tədbir təşkil olunub
Fevralın 21-də İsmayıllı rayonu İstisu kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov, RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, İsmayıllı RİH başçısının İstisu kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vicad Babayev, İstisu kənd tam orta məktəbinin direktoru Zamin Allahverdiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zamin Allahverdiyev tədbirin mahiyyəti barədə məlumat verərək DQİDK-nın maarifləndirmə çərçivəsində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən bəhs edib.
Dini radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev radikalizmin qarşısının alınmasında təhsilin önəmini xüsusi qeyd edib.
RPŞ-nin baş inspektoru Rahim Orucov dini radikalizmə qarşı mübarizə üzrə qanunvericilik bazasının mövcudluğunu vurğulayaraq qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb edildiklərini diqqətə çatdırıb.
Daha sonra RİH başçısı Aparatının psixoloqu Bəhruz Xələfov dövlət-din münasibətlərindən söz açaraq rayonda qorunub saxlanılan tolerantlıq və multikulturalizm ənənələrindən danışıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət" sənədli filmi nümayiş olunub.
.jpg)

