Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.08.2017

İsmayıllıda dini maarifləndirmə tədbiri keçirilib

İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları Rəhim Rəhimli, Elnur Mehdiyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Topçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Gülzar Şirəliyeva, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, Bakı İslam Universiteti Zaqatala şöbəsinin müdiri Fuad Quliyev, Topçu kənd tam orta məktəbinin direktoru Xavər Allahverdiyeva, dini icma sədri Rəşid Məmmədov, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov,  dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dininin həmrəylik, dostluq və qardaşlıq kimi dəyərlərin daşıyıcısı olduğunu bildirib və İslamda həmrəylik ideyaları və çağırışları barədə məruzə edib.
Daha sonra Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, Bakı İslam Universiteti Zaqatala şöbəsinin müdiri Fuad Quliyev, Rayon İcra Hakimiyyəti başçısının Topçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Gülzar Şirəliyeva, “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov dini radikalizmin fəsadları və qarşısının alınması yollarından danışıb, cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.