Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2017

İsmayıllıda 20 Yanvar faciəsinin qurbanları anılıb

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “İslamda şəhidlik zirvəsi - 20 Yanvar şəhidləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, QMİ-nin səlahiyyətli nümayədəsi Şahzadə Bilalov, dini icma sədrləri və gənclər iştirak ediblər. Əvvəlcə şəhidlərin əziz  xatirəsi  bir dəqiqəlik sükutla yad olunub.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev 20 Yanvar faciəsinin xalqımızın yaddaşında əbədi iz qoyduğunu xatırladaraq bildirib ki, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov çıxış edərək bu cür tədbirlərin xalqımızın başına açılan müsibətlərin, yaşadığımız faciələrin gələcəyimiz olan gənclərə çatdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən QMİ-nin səlahiyyətli nümayədəsi Şahzadə Bilalov İslamda şəhidlik məqamı, vətən sevgisi haqqında danışıb.
Sonda vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub.