Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2015

İsmayıllı və Samuxda “İslamda uşaq hüquqları”mövzusunda tədbirlər keçirilib

Noyabrın 3-də DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhər 5 saylı orta məktəbdə  “Uşaq hüquqları aylığı” çərçivəsində “İslamda uşaq hüquqları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Şamaxı bölgəsi üzrə şöbənin əməkdaşları ilə yanaşı İsmayıllı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov, İsmayıllı Rayon Prokurorunun köməkçisi Turxan Seyid, şəhər 5 saylı orta məktəbin direktoru Elçin Məmmədov, o cümlədən məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.  Məktəbin direktoru Elçin Məmmədov tədbiri giriş sözü ilə açaraq dövlətin uşaqlara diqqət və qayğısından danışıb. Tədbirdə  Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxış edərək uşaqların hüquqları, vəzifələri  və öhdəlikləri  haqqında  geniş məlumat verib. Daha sonra Şamaxı bölgəsi üzrə şöbənin müdiri Rəhim Rəhimli İslamda uşaq və valideynlərin öhdəliklərindən, uşaq hüquqlarının müdafiəsindən, o cümlədən orta məktəb şagirdlərinin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyindən danışıb.
***
Noyabrın 3-də Samux şəhəri 3 saylı orta məktəbdə də uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib. Tədbirdə Samux Şəhər İH –nin nümayəndəsi Azər Əhmədov və Samux rayonunun axundu İlham Məmmədov da iştirak edib.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev  “Uşaq hüquqları haqqında” qanundan, BMT –nın  bu sahədə qəbul etdiyi qanunlardan, eləcə də Azərbaycanda bu istiqamətdə aparılan uğurlu və məqsədyönlü dövlət siyasətindən danışıb.
Daha sonra Samux rayonunun axundu İlham Məmmədov çıxış edərək uşaq hüquqlarının qorunmasının vacibliyindən danışıb.