21.09.2016
İsmayıllı rayonunda “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib
Sentyabrın 20-də İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə İsmayıllı şəhər 6 saylı tam orta məktəbində “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elnur Mehdiyev, Rayon Polis Şöbəsinin əməkdaşı Əbülfət Yarıyev və İsmayıllı “Günərzi Qayğı Mərkəzi”nin psixoloqu Ayişə Yusifli, məktəblilər və fəal müəllim kollektivi iştirak edib.
Çıxış edənlər “Sülh aylığı”nın yaranma tarixindən, onun əhəmiyyətindən söhbət açaraq həyata keçirilən bu cür maarifləndirmə xarakterli tədbirlərin İslam dininin əsl mahiyyətinin anlaşılmasına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə yardımçı olacağını söyləyib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


(29).jpg)