15.10.2016
İsmayıllı rayonunda "Dini radikalizm və onun fəsadları" mövzusunda tədbir keçirilib
Oktyabrın 15-də İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və onun fəsadları" mövzusunda dini maarifləndirici seminar keçirilib.
Seminarda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllı şöbəsinin rəisi Fəxrəddin Babayev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, İsmayıllı rayon Təhsil şöbəsinin müdir müavini Rahim Baxışov və rayon təhsil işçiləri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev çıxışında zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.
Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllı şöbəsinin rəisi Fəxrəddin Babayev məruzəsində dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib.
Məruzə ətrafında DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli zərərli dini təriqətlər və digər belə dini cərəyanların yaranması, təbliğat metodları, məqsədləri haqqında geniş məlumat verib.
Seminarın sonunda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.