Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.11.2015

“İslamın ailəyə verdiyi dəyər: Müasir cəmiyyətdə ailə dəyərlərimizin təbliği" mövzusunda maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tovuz rayon dini icmasının  “Milli-mənəvi dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində noyabrın 27-də “İslamın ailəyə verdiyi dəyər: Müasir cəmiyyətdə ailə dəyərlərimizin təbliği" mövzusunda maarifləndirici tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Namiq Talıbov tədbiri açaraq  mövzunun əhəmiyyəti və dövlət-din münasibətləri barədə məlumat verib. Komitənin digər əməkdaşı İlkin Abbasov isə İslamın ailəyə verdiyi dəyərdən və radikalizm meyillərinin qarşısının alınmasında ailələrin üzərinə düşən vəzifələrdən danışıb.
Tovuz dini icmasının üzvü Mətləb Abbasov çıxışında milli-mənəvi dəyərlərimizin daşıyıçısı kimi ailə institutunun mahiyyətini, cəmiyyətdimizdəki yeri və rolunu, gənclərimizin zərərli vərdişlərdən uzaqlaşdırılmasında ailə təsisatının əhəmiyyətini vurğulayıb. DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev radikalizmin meydana çıxma səbəbləri, onun fəsadları və qarşısının alınması üçün maarifləndirmənin aparılmasının vacib olmasını bildirib. Tovuz dini icmasının sədri  Nəriman İbayev İslamın ailəyə yüksək dəyər verdiyindən və dövlətin bu istiqamətdə apardığı işlərdən danışıb.