06.09.2017
“İslamda tolerantlıq və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib
Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ layihəsi çərçivəsində “İslamda tolerantlıq və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyidkamil Mirhəsənli, Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Cəbrayıl Bədəlov, eləcə də rayonun mədəniyyət işçiləri və dini icma üzvləri iştirak ediblər.
Çıxışlarda tolerantlıq və vəhdətin Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olması diqqətə çatdırılıb. Qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biridir və məhz 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışlarına cavab verən mühüm addımdır.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.