17.08.2017
“İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Neftçala şəhəri“Sahib-əzzaman” məscidi dini icmasi tərəfindən “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
TədbirdəDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, “Sahib-əzzaman” məscidi dini icmasının sədri, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, din xadimləri, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov tarixəntolerantlıq və dini dözümlülüyün Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğunu deyərək müxtəlif xalqların,etnik qrupların arasında olan mehribanlıq,qarşılıqlı hörmət və bərabərliyin bu gün də davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.O,həmçinin ölkəmizdə mövcud olan bu mühitin digər ölkələr üçün nümunə olduğunu deyib.
Neftçala RİH başçısı Aparatının nümayəndəsi Vasif Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. Natiq onu da qeyd edib ki, Azərbaycan bütün dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində yaşadığı ölkədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.