Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.11.2017

“İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində tədbir keçirilib

Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonu Bankə qəsəbəsi Həzrət Əli məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov və şöbənin əməkdaşı Yusif Yusifli, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Həzrət Əli məscidi dini icmasının sədri Əli Musayev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov Azərbaycanda dövlət-din münasibətlərindən və İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. O bildirib ki, İslam dini insanları təhsilə, elmə, həmrəyliyə çağırır və  dini radikalizmə “yox” deyir.
Həzrət Əli məscidi dini icmasının sədri Əli Musayev Azərbaycanda bütün dinlərə eyni münasibət göstərildiyini, İslamın sülh və əmin-amanlıq dini olduğunu deyib. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev mövzu ilə bağlı öz fikirlərini bölüşüb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.