Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.03.2017

“İslamda həmrəylik və sülh çağırışları” adlı layihə uğurla icra olunur

Martın 3-də Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları” adlı layihə çərçivəsində “2017-ci il İslam həmrəyliyi ilidir” mövzusunda tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Masallı şəhər Qabaq Dadva məhəllə məscidi dini icmasının sədri Vaqif Mikayılov, dini icma üzvləri, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə  DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov açaraq ölkəmizdə İslam həmrəyliyinin inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, həmçinin bu sahədə  Prezident cənab İlham Əliyevin apardığı tədbirlərdən söhbət açaraq ölkə başçısının  2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin İslam dünyasına bir mesaj olduğunu vurğulayıb.
Tədbirdə kənd ağsaqqalı Nurəli Ağayev, Masallı şəhər Qabaq Qadva məhəllə məscidi dini icmasının sədri Vaqif Mikayılov və başqaları çıxış edərək dövlətimizin İslam həmrəyliyinə verdiyi dəyərdən danışıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.