Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.09.2017

İslam xeyirxahlıq və mərhəmət dinidir

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lerik rayonu Ləmərüd kənd məscidi dini icmasının “İslam sülhə və həmrəyliyə aparan yoldur” layihəsi çərçivəsində  Ləmərüd kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı A.Həsənov İslam dininin sülh, birlik, xeyirxahlıq və mərhəmət dini olduğunu, bəşəriyyəti həmrəyliyə çağırdığını qeyd edib. A.Həsənov ölkəmizin İslam həmrəyliyinin təmin olunması, multikultural və tolerant dəyərlərin qorunması üçün  mühüm xidmətlər göstərdiyini bildirib.
Dini icma sədri Rauf Əliyev və digərləri çıxışlarında ölkəmizdə birlik, vəhdət və həmrəylik münasibətlərinin mövcud olduğunu, milli və dini dəyərlərin həmişə uca tutulduğunu qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb. 
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.