Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.07.2017

İslam sülh və mədəniyyət dinidir

İyulun 6-da Goranboy rayon Safıkürd və Tatarlı kənd məscidi dini icması tərəfindən “Dini ekstremizmin qarşısının alınmasında islam həmrəyliyinin rolu” adlı layihə çərçivəsində “İslam sülh və mədəniyyət dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK)  Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin digər əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Goranboy rayonu və Naftalan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, Safıkürd və Tatarlı kənd məscidi dini icmasının sədri Elnur Cəfərov, Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının Safıkürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Həsənəliyev, ağsaqqallar, icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev İslamın sülh və qardaşlıq dini olmasından, ölkə rəhbərinin islami dəyərlərə verdiyi önəm və bu münasibətlə  2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin mahiyyətindən, Azərbaycanın dünyada multikultural, tolerantlıq və birgəyaşayış dəyərlərini yaşadan ölkə olmasından danışıb.
QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, Safıkürd və Tatarlı kənd məscidi dini icmasının sədri Elnur Cəfərov, Goranboy RİH başçısının Safıkürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Həsənəliyev çıxışlarında İslamın sülh, mədəniyyətlərarası dialoq və qardaşlıq prinsiplərindən danışıblar.
Sonda tədbir iştirakçılarına Dövlət Komitəsinin nəşri olan dini təyinatlı ədəbiyyatlar paylanılıb. 
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən həyata keçirilib.