24.11.2017
İslam sülh, həmrəylik və qardaşlıq dinidir
Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qazax şəhər “Cümə” məscidi dini icmasının “İslam sülh, həmrəylik və qardaşlıq dinidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Xarici əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Orucov, Qazax Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Qazax şəhər “Cümə” məscidi dini icmasının sədri İlham Süleymanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qazax RİH başçısı Aparatının nümayəndəsi Məhəmməd Orucov giriş nitqində Dövlət Komitəsinin dəstəyi ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu tədbirlər xüsusilə gənclərin dini radikal qruplara qoşulmasının qarşısını almaqda önəmli rol oynayır.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Orucov dünyada və Azərbaycanda, xüsusilə də müsəlman dünyasında gedən proseslərdən və ölkəmizdə dini radikalizmin qarşısının alınma yollarından danışıb. İslamın sülh, həmrəylik və qardaşlıq dini olduğunu vurğulayan B.Orucov onun radikalizmə, ekstremizmə və terrorizmə qarşı olduğunu qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)
.jpg)