Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.12.2017

İslam sülh dinidir

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı Tədbirlər Planına əsasən məhkumların dini maarifləndirilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti maarifləndirmə tədbirləri dekabrın 15-də Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində keçirilib.
“İslam dini ekstremizmin əleyhinədir” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Elvüsal Məmmədov, Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı ədliyyə mayoru Mübariz Vəliyev iştirak ediblər.
Dövlət Komitəsinin əməkdaşı Mahir Qəniyev çıxış edərək 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması və bu istiqamətdə həyata keçirilən mühüm işlər barədə  məlumat verib.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Elvüsal Məmmədov isə çıxışında radikalizm, fanatizm, ekstremizm kimi neqativ hallara qarşı həqiqi İslam dəyərlərinin təbliğinin vacibliyini qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.