19.05.2016
“İslam qardaşlığı və məzhəblərarası dialoq prinsipləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri, Yasamal rayonu, “Qasımbəy” məscidi dini icması tərəfindən “İslam qardaşlığı və məzhəblərarası dialoq prinsipləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev, “Qasımbəy” məscidi dini icmasının sədri və axundu Məmmədrza Hüseynzadə, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı N.Nuriyev İslamda qardaşlıq və məzhəblərarası dialoqun prinsipləri haqqında geniş məruzə ilə çıxış edib. Bildirilİb ki, Bakı şəhərindəki “Heydər” məscidində qılınan “vəhdət namazı” İslamda qardaşlıq və məzhəblərarası dialoqun gücləndirilməsi istiqamətində bütün dünyaya verilmiş sülh və birlik mesajı olaraq qiymətləndirilir.
Daha sonra “Qasımbəy” məscidi dini icmasının sədri və axundu Məmmədrza Hüseynzadə, məscidin axund müavini Samir Ağayev, dindarlar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.