19.10.2017
İslam prinsiplərində radikalizm və ekstremizm elementləri yoxdur
Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Baltalı kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Baltalı kənd məscidi dini icmasının sədri Azər Səlimov, gənclər, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Baltalı kənd məscidi dini icmasının sədri Azər Səlimov, gənclər, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Baltalı kənd tam orta məktəbin direktoru Namiq İbrahimov bu tədbirlərin cəmiyyətin, xüsusilə də gənclərin dini maarifləndirilməsində oynadığı roldan bəhs edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev çıxışında dini radikalizmin yaranması, təbliğat metodları haqqında geniş məlumat verərək, radikalizmlə mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib. İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu vurğulayan E.Qarayev ,eyni zamanda diqqətə çatdırıb ki, İslam prinsiplərində radikalizm və ekstremizm elementləri yoxdur.
Daha sonra çıxış edən Şəki şəhər Mərkəzi Cümə Məscidinin imamı Əlyəsə Əslanov DQİDK-nın dini maarifləndirmə istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.