Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.08.2017

İslam insanları sülhə və qarşılıqlı inama çağırır

Avqustun 24-də Masallı rayonu Lürən kənd məscidi dini icmasının  “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində “İslam dini terrora qarşı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Masallı bölgəsi üzrə şöbəsinin  müdiri Miryəhya Bədirov, DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Ayxan Həsənov, Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Lürən inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əbilov, Faiq Şükürov adına Lürən kənd tam orta məktəbinin direktoru İltimas Nəzərov, Lürən kəndi  məscidi dini icmasının sədri Balakərim Yaqubov, ağsaqqallar, icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, İslam dini həmrəylik, tolerantlıq  və  sülh dinidir. Natiq vurğulayıb ki, İslamın terrorla heç bir əlaqəsi yoxdur.
Daha sonra çıxış edən DQİDK-nın Xarici əlaqələr şöbəsinin  əməkdaşı Ayxan Həsənov  qeyd edib ki,  İslam dini insanları sevgiyə, sülhə, qardaşlığa, qarşılıqlı inam və anlayışa çağırır. Onun sözlərinə görə, dövrümüzdə İslam birliyinə əngəl törədən faktorlardan biri də bu dindən radikalizm və terrorizm kimi fəaliyyətlərlə məşğul olmaq üçün istifadə edən dini radikal qüvələrdir. Natiq qeyd edib ki, terrorizmin qarşısını almaq bütün bəşəriyyətin qarşısında duran əsas vəzifədir.
Tədbirdə həmçinin, Masallı Rayon İcra Hakimiyyəti başçısının Lürən inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əbilov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı  Kamil Bağırov, Lürən kənd məscidi dini icmasının sədri Balakərim Yaqubov, kənd məktəbinin direktoru İltimas Nəzərov və başqaları çıxış edərək mövzunun əhəmiyyətindən danışıblar.