27.12.2017
İslam humanizm və həmrəylik dinidir
Dekabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Ləj kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam humanizm və həmrəylik dinidir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov, AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev, Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov, dini icma sədri Əziz Şərifov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov çıxışında gənclərin yad təsirlərdən və dini radikalizmdən qorunmasında elmin, təhsilin və maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında cənab Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı təşəbbüsünün İslam aləmində, bütövlükdə dünyada həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə olduğunu vurğulayıb. E.Həmidli, həmçinin dini radikalizm, onun fəsadları və ona qarşı mübarizə barədə danışaraq bildirib ki, Dövlət Komitəsi bu istiqamətdə “Fitnə” və “Şəhadət” adlı maarifləndirici sənədli filmlər çəkib.
AMEA-nın doktorantı Samid Quliyev çıxışında milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan İslam dininin insanları münaqişəyə deyil, sülhə, həmrəyliyə çağırdığını bildirib.
AMEA-nın doktorantı Samid Quliyev çıxışında milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan İslam dininin insanları münaqişəyə deyil, sülhə, həmrəyliyə çağırdığını bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov, Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov və digərləri çıxışlarında ölkəmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərini, milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğ edilməsini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.