07.11.2017
İslam humanizm və həmrəylik dinidir
Noyabrın 7-də Astara şəhəri “Qum” məscidi dini icmasının “İslam humanizm və həmrəylik dinidir” layihəsiçərçivəsində Astara rayonu Şüvi kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, Astara Rayon İcra Hakimiyyəti başçısının Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Nurulla Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə tolerantlıq və həmrəyliyin xalqımızın mənəvi sərvətlərindən olduğunu bildirib. T.Həsənzadə ölkəmizdə sülh, əmin-amanlıq və həmrəylik şəraitində ayrı-ayrı xalqlar və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov çıxışında İslam dininin sülhsevər, humanist və həmrəylik ideyaları ilə zəngin olduğunu, terror dini deyil, sülh və birlik dini olduğunu vurğulayıb.
Astara Rayon İcra Hakimiyyəti başçısının Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Nurulla Əliyev, Şüvi kəndi "Cümə" məscidi dini icmasının sədri Mahmud Baxşıyev və digərləri çıxışlarında həyata keçirilən maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti olduğunu bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.