Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.10.2017

İslam həmrəylik və vəhdət dinidir

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Abşeron rayonu Saray qəsəbəsi “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov, dini icmanın sədri Bəkir Cəfərov, məscidin axundu Etibar Ağayev, icma üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Bəkir Cəfərov tədbirin əhəmiyyətindən söz açaraq qeyd edib ki, belə maarifləndirici tədbirlər gənc nəslin formalaşmasında böyük əhəmiyyətə malikdir.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov İslamın həmrəylik və vəhdət dini olduğunu bildirib. O qeyd edib ki, hazırda bəzi müsəlman ölkələrində cərəyan edən hadisələr dini radikalizmdən və məzhəblərarası tolerantlığın olmamasından qaynaqlanır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.