Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2017

İslam həmrəylik dinidir

Sentyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ şəhər dindarlarının məscidi dini icması tərəfindən “İslam həmrəylik dinidir” layihəsi çərçivəsində tədbir keçirilib.
Qəbələ şəhər “Yeni məscid”də təşkil edilən tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, Qəbələ şəhər Cümə məscidinin imam müavini Taleh Şirinov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qəbələ şəhər dindarlarının məscidi dini icmasının üzvü Taleh Şirinov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev İslam dinində birlik, bərabərlik və həmrəylik prinsiplərindən, Azərbaycanda əsrlərdən bəri mövcud olan və bu gün də öz varlığını qoruyan multikultural və tolerant dəyərlərdən, ölkəmizin dinlərarası münasibətlərin inkişafına verdiyi töhfələrdən söhbət açıb.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov bölgədə tarixən mövcud olan dini və etnik müxtəlifliyin Azərbaycan xalqının mənəvi zənginliklərindən olduğunu, dini radikalizmin İslam həmrəyliyinə təhlükə törətdiyini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.