Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2017

“İslam həmrəliyi müasir dövrün tələbidir” mövzusunda layihə tədbiri keçirilib

Oktyabrın  27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonu Boyat kəndi İmam Cəfər Sadiq məscidi dini icmasi tərəfindən “İslam həmrəliyi müasir dövrün tələbidir”  layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, şöbənin aparıcı məsləhətçisi Yusif Yusifli, Neftçala rayonu üzrə QMİ-nin səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala rayonu Boyat kəndi İmam Cəfər Sadiq məscidi dini icmasinın sədri Əhməd Əliyev, Neftçala Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı  Vasif Əliyev, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. Bu, İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı müsəlman ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə yönələn bir təşəbbüsdür.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov Azərbaycanda bütün dinlərə eyni münasibət göstərildiyini, İslamın sülh və əmin-amanlıq dini və müharibəyə qarşı olduğunu deyib.Daha sonra İmam Cəfər Sadiq məscidi dini icmasının sədri Əhməd Əliyev, Neftçala Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev,Neftçala rayonu üzrə QMİ-nin səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin yekununda “Şəhadət” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.