20.09.2017
İslam əmin-amanlıq dinidir
Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və Şəki (hafizlik) İslam Kollecinin birgə təşəbbüsü ilə “Sülh aylığı” çərçivəsində “İslam sülh və əmin-amanlıq dinidir” mövzusunda tədbir keçirilib.
Şəki İslam Kollecində təşkil edilmiş tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Müşviq Xəlilov, kollecin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev “Beynəlxalq Sülh Günü” haqqında məlumat verib. Şöbə müdiri çıxışında qeyd edib ki, sülh şəraitində yaşamalı olan insanlar təəssüflər olsun ki, terror və müharibələrin qurbanlarına çevrilirlər.
Şəki Şəhər Mərkəzi Cümə məscidinin imamı Müşviq Xəlilov çıxış edərək İslam dininin sülhə, əmin-amanlığa, birgəyaşayış ənənələrinə verdiyi dəyərdən danışıb. Natiq eyni zamanda, müasir dünyada sülhün bərqərara olmasının əhəmiyyətini vurğulayıb.
(2).jpg)
(1).jpg)
(2).jpg)