Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.09.2017

İslam dinində vətən sevgisi və şəhidlik mövzusu müzakirə edilib

Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Balakən rayonu Kortala kənd məscidi dini icmasının “İslam dinində vətən sevgisi və şəhidlik” layihəsi çərçivəsində İtitala kənd orta məktəbində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, şöbənin əməkdaşı Sərxan Tahirzadə, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, Kortala kənd məscidi dini icmasının sədri Həbib Ziyadov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kortala kənd məscidi dini icmasının sədri Həbib Ziyadov mövzunun əhəmiyyətindən və maarifləndirmə tədbirlərinin keçirilməsinin məqsədlərindən danışıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov din və dövlət, din və təhsil, din və cəmiyyət mövzuları barədə geniş məlumat verib.
Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov və QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov çıxışlarında İslamın vətən sevgisinə və şəhidliyə verdiyi önəmindən bəhs edib, bu barədə Qurandan və Hz. Peyğəmbərin həyatından sitatlar gətiriblər.