Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.09.2017

İslam dinində mövhumata və xurafata yer yoxdur

Sentyabrın 19-da Şəki rayon Suçma kənd tam orta məktəbində Suçma kənd  məscidi dini icmasının “İslam dinində mövhumata və xurafata yer yoxdur” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki rayon Suçma kənd məscidi dini icmasının sədri Məftun Cəbiyev, məktəbin müəllim və şagirdləri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmasının sədri Məftun Cəbiyev icma tərəfindən həyata keçirilən layihə haqqında məlumat verib və mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlət-din münasibətlərindən, dini maarifləndirmə işində dini icmaların rolundan, dövlətin dini sahayə göstərdiyi qayğı və diqqətdən danışıb.
Şöbə müdiri onu da qeyd edib ki, İslam dininin saflığını təhlükə altında qoyan amillərdən biri də mövhumat və xurafatlardır. Təsadüfi deyil ki, dini dəyərlərimizi tənqid edənlər dəlil kimi, məhz müsəlmanlar arasında geniş yayılmış xurafi adətləri misal çəkilir.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov isə qeyri-ənənəvi radikal dini cərəyanların zərələrindən, gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb