25.09.2017
İslam dini vəhdət dinidir
Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəsətəyi ilə Şəki rayonu Aydınbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının həyata keçirdiyi “İslam dini sülh, həmrəylik və vəhdət dinidir” layihəsi çərçivəsində Aydınbulaq kənd tam orta məktəbində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin məsləhətçisi Şəhriyar İsmiyev, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və aparıcı məsləhətçisi Elvin Qarayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, RİH başçısının Aydınbulaq kənd ərazi dairəsi üzrə nümayəndəsi Elçin Vəliyev, Aydınbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının sədri Nadir Primov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icra başçısının Aydınbulaq kənd ərazi dairəsi üzrə nümayəndəsi Elçin Vəliyev mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğunu qeyd edib.
Daha sonra çıxış edən QMİ-nin Şəki-Oğuz bölgə üzrə qazısı Kamran Məmmədov qeyd edib ki, dövlətin dinə və dindarlara qayğısı yüksək səviyyədədir.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin məsləhətçisi Şəhriyar İsmiyev çıxış edərək bildirib ki, İslam dini insanları sülhə və vəhdətə çağırır. Daha sonra o vurğulayıb ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Onun sözlərinə görə, həmin maliyyə vəsaiti ilə maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə tədbirlər təşkil olunur.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.