19.09.2017
İslam dini insanları sülhə çağırır
Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bögəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Bakı İslam Universitetinin Zaqatala Filalında “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə, QMİ-nin Zaqatala bölgəsi üzrə qazısı Malik Bilalov və BİU-nun Zaqatala Filialının müəllimi Asəf Qənbərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMi-nin Zaqatala bölgə qazısı Malik Bilalov tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən BİU-nun Zaqatala Filialının müəllimi Asəf Qənbərov vurğulayıb ki, İslam dini insanları hər zaman sülhə və birliyə çağırır.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə çıxışında qeyd edib ki, ölkə Prezidentinin Sərəncamına uyğun olaraq hər il avqust və sentyabr aylarında “Sülh Aylığı” çərçivəsində tədbirlər həyata keçirilir. Natiq sülh, dözümlülük və milli-mənəvi dəyərlərin təbliğinin davamlı xarakter almasının vacibliyinə diqqət çəkib və bu istiqamətdə keçirilən tədbirləri yüksək qiymətləndirib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.