26.12.2017
İslam dini insanları birliyə çağırır
Dekabrın 26-da Qazax rayonunda Qazax şəhər “Cümə” məscidi dini icmasının “İslam sülh,həmrəylik və qardaşlıq dinidir” layihəsi çərçivəsində “İslam dini insanları birliyə çağırır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Qazax Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar işlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qazax rayon şöbəsinin əməkdaşı Müşviq Mürsəlov,Qazax rayon prokurorunun müavini Qasım Ağayev,Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Hilal Allahverdiyev, Qazax şəhər “Cümə” məscidi dini icmasının sədri İlham Süleymanov, rayon gəncləri və ziyalıları iştirak ediblər.
Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar işlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov bu səpkidə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib və bu tədbirlərin ümumtəhsil məktəblərində, gənclər arasında aparılmasının vacibliyini diqqətə çatdırıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev deyib ki, Azərbaycanın multikultural dəyərləri ilə bütün dünyaya nümunədir. Tarixən ölkəmizdə müxtəlif konfenssiyaların nümayəndələri sülh və mehribanlıq şəraitində yaşamışlar. Bunu gözü götürməyən bədxahlar zaman-zaman ölkəmizdə qarşıdurma, itaətsizlik yaratmağa çalışmışlar. Ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət düşmənlərin vətənimiz Azərbaycanda xaos yaratmalarına imkan vermir.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və dini mahiyyətli ədəbiyyat paylanıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.





.jpg)