Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.10.2017

İslam dini elm və təhsilə böyük dəyər verir

Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Balakən rayonu Katex kənd “Mərkəzi” məscidi dini icması tərəfindən keçirilən “İslam dini mövhumata və xurafata qarşıdır” layihəsi çərçivəsində “İslam dininin elmə verdiyi həqiqi dəyər” mövzusunda tədbir keçirilib. Qarahacılı kənd orta məktəbində keçirilən tədbirdə DQİDK-nin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Katex kənd “Mərkəzi” məscidi dini icmasının sədri Ramazan Babayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ramazan Babayev layihə ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb və mövzunun əhəmiyyətindən daışıb. Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov çıxışında dünyəvi təhsilin, eləcə də İslam dininin elmə verdiyi əhəmiyyətdən danışıb. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə sağlam düşüncə daşıyıcısı olmaq üçün təhsilə yiyələnmənin vacibliyini qeyd edib. Natiq təhsil olmadan dinin xurafata çevriləcəyini vurğulayaraq bildirib ki, sabit cəmiyyət üçün həm dünyəvi, həm də dini biliklər paralel şəkildə öyrənilməlidir. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.