Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.10.2017

İslam dini dünyada sülhün və əmin-amanlığın carçısıdır

Ağdaş şəhər dindarları məscidi dini icması tərəfindən oktyabrın 24-də “İslam həmrəyliyi ili:Sülh və həmrəyliyə aparan yol-dialoq” layihəsi çərçivəsində “Quranda pluralizm” mövzusunda  Ağdaş Texniki, Təbiət və Humanitar gimnaziyasında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşı Tural Ələkbərov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş şəhər dindarları dini icmasının sədri Vasib Əhmədov, Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş Texniki, Təbiət və Humanitar gimnaziyasının direktoru Şəhla Hacıbalayeva, din xadimləri, dindarlar və gənclər iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Şəhla Hacıbalayeva mövzu ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Natiq çıxışında dini maarifləndirmə tədbirlərinin keçirilməsinin mütərəqqi hal olduğunu qeyd edib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi Azərbaycanın ciddi qarşıdurmalar baş verən müsəlman ölkələrinə, o cümlədən bütün dünyaya birgəyaşayış modelini təqdim etməsi deməkdir. Natiq Əfəndiyev DQİDK-nın milli-mənəvi dəyərlərin təbliğində hər zaman yaxından iştrak etdiyini də tədbir iştrakçılarının diqqətinə çatdıb.
Daha sonra çıxış edən dini icmanın sədri Vasib Əhmədov İslam həmrəyliyi ideyalarının əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərində əks olunduğunu  qeyd edib, dindarlar və din xadimlərinin bu dəyərlərin təbliğatında daha aktiv olmasının əhəmiyyətini vurğulayıb. Mövzu ilə bağlı Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısıSəbuhi Musayev,  Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və  Ağdaş RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru-polis baş leytenantı Şəmşir Lətifov çıxış ediblər. Çıxış edən natiqlər İslam dinin dünyada sülhün və əmin-amanlığın carçısı olduğunu bildiriblər.