Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.08.2017

İslam dini bizim mənəviyyatımız və mədəniyyətimizlə çox sıx şəkildə bağlıdır

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, kənd tam orta məktəbinin direktoru Səxavət Nəbiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, İslam dini bizim mənəviyyatımız, mədəniyyətimiz və mental dəyərlərimizlə çox sıx şəkildə bağlıdır. Bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli vəzifə düşür.
 Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.