Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.09.2017

İslam dini birlik nümunəsidir

Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “İslamda birlik, bərabərlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Qobustan RİH başçısının Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Baxşalıyev Baxşalı, Təklə-Mirzəbaba kənd məscidi dini icmasının sədri Elman Qayıbov, kənd ağsaqqalları, müəllimlər və şagirdlər  iştirak ediblər.
Çıxışlar zamanı İslam dininin birlik və bərabərlik prinsiplərini təbliğ etdiyi vurğulanıb və ölkəmizdə mövcud olan ənənəvi dindarlığın da məhz bu kriteriyalara əsaslandığı qeyd olunub.
Eyni zamanda, natiqlər bu gün müasir dünyada baş verənlərin təkcə müsəlmanlar üçün deyil, bütün bəşəriyyət üçün faciə olduğunu bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib. 

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.