29.03.2016
“İslam bizi vəhdətə səsləyir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib
Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən “İslam bizi vəhdətə səsləyir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.Tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, QMİ-nin Sabunçu rayonu üzrə qazısı Musa Qasımov, Sabunçu qəsəbəsi “Cümə”məscidi dini icmasının sədri Zahir Mehdiyev, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov həyata keçirilən layihənin əhəmiyyətindən söhbət açıb və bu kimi tədbirlərin böyük maraq kəsb etdiyini bildirib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev vəhdət anlayışı və onun İslam dinindəki yeri haqqında məlumat verib. Bildirilib ki, ölkəmizdə mövcud olan vəhdət mühiti “Heydər” məscidində qılınan “vəhdət namazı” ilə daha da güclənib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dinə və dindarlara göstərilən qayğının vəhdət mühitinə böyük töhfə verdiyi də iştirakçıların diqqətinə çatdırılıb.
QMİ-nin Sabunçu rayonu üzrə qazısı Musa Qasımov dindarlar tərəfindən bu tədbirlərin alqışlandığını bildirib.
Sonda Sabunçu qəsəbəsi “Cümə”məscidi dini icmasının sədri Zahir Mehdiyev məscid dindarları adından minnətdarlıq bildirərək layihənin böyük uğurla icra olunduğunu qeyd edib.
Tədbirdə geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.