Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.04.2017

İslam barışıq və həmrəylik dinidir

Aprelin 11-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin  gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Suraxanı rayonu Nazim Rəfiyev adına 104 nömrəli tam orta məktəbdə növbəti tədbir keçirilib.
“İslam barışıq və həmrəylik dinidir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Əlizadə və Aslan Sultanov, məktəbin direktoru Kərəm Mehdiyev, müəllim, şagird və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 104 nömrəli tam orta məktəbin direktoru Kərəm Mehdiyev dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə birlik və bərabərliyin İslam dininin təməl prinsipləri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məruzəçi 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının bu prinsiplərin bariz nümunəsi olduğunu və bu həmrəylik çağırışının dünyəvi dövlətdə tolerant dəyərlərin qorunması baxımından əhəmiyyətini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov dini radikalizm və ekstremizmin fəsadlarının İslam dünyasının birliyinə zərbə vurduğunu bildirərək, Azərbaycandakı multikultural dəyərlərin İslam həmrəyliyinə böyük töhfə olduğunu diqqətə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr  aparılıb.