Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.01.2016

İslam Azərbaycan mədəniyyətinin tərkibidir

Respublikanın regionlarında dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədi ilə dini maarifləndirmə işi davam etdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yanvarın 21-də Xaçmaz şəhər “Təzə şəhər” məscidi dini icmasında “Ənənəvi İslam dini Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, “Təzə şəhər” məscidi dini icmasının sədri Yaşar Rzayev, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə çıxış edərək bildirib ki, dövlətimiz dini maarifləndirmə işinin təşkilinə və  ölkə vətəndaşları arasında təbliğinə dəstək verməkdədir. Şöbə müdiri vurğulayıb ki, İslam dini Azərbaycanda dərin köklərə malikdir.
E.Nurullayev eyni zamanda qeyd edib ki, dindarlar, gənclər radikal dini qruplara qoşulmamalı və radikalizmin qarşısını almaq üçün həmrəy olmalıdırlar.Tədbirdə çıxış edən digər natiqlər də radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin nəticələrindən danışıblar. Tədbirin sonunda dini icma sədri Yaşar Rzayev çıxış edərək dini icmalara göstərdiyi dəstəyə görə dövlət başçımız cənab İlham Əliyevə minnətdarlığını bildirib. 
Xatırladaq ki, bu tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.