Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.06.2021

“İnsanların inanc azadlığına hörmət hüquqi mənəvi borcumuzdur” mövzusunda onlayn konfrans keçirilib

İyunun 18-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsanların inanc azadlığına hörmət  hüquqi mənəvi borcumuzdur” mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları, mədəniyyət  işçiləri və fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikası insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulub. Ölkəmizdə tarixən fərqli dinlərin və ayrı-ayrı mədəniyyətlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayıblar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnoslar tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm kimi ali dəyərlər, həmçinin müstəsna rol oynayıb.

Çıxış edən digər tədbir iştirakçıları mövzu barəsində öz fikirlərini bölüşüblər.