Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.06.2017

“İnsan hüquqlarının qorunması” aylığı çərçivəsində növbəti tədbir keçirilib

İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Talalar kənd 2 saylı tam orta məktəbdə “İnsan hüquqlarının qorunması” aylığı çərçivəsində “Azərbaycanda dini etiqad azadlığı və birgəyaşayış ənənəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Sənan Hacıyev və Elvin Qarayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Talalar kənd 2 saylı tam orta məktəbinin direktoru Samir Hacıyev mövzu ilə əlaqədar məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sənan Hacıyev çıxış edərək bildirib ki, dini etiqad azadlığı insan azadlığının mühüm tərkib hissəsidir. O, dinindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın qanun qarşısında bərabər olduğunu və bu sahədə ayrı- seçkiliyin cinayət sayıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev “Dini etiqad azadlığı haqqında” Azərbayan Respublikasının Qanunundan bəhs edib.
Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.