25.05.2017
“İnsan hüquqlarının qorunması” aylığı çərçivəsində növbəti tədbir keçirilib
Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin və Balakən rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Talalar kənd 1 saylı tam orta məktəbdə “İnsan hüquqlarının qorunması” aylığı çərçivəsində “İslam həmrəyliyi dini etiqad azadlığının təzahürüdür” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən rayonu Talalar kənd 1 saylı tam orta məktəbinin direktoru Sabir Novruzov mövzu ilə əlaqədar məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev isə dini etiqad azadlığı haqqında qanunun mahiyyətindən, onun pozulması və qarşısının alınması yollarından bəhs edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.