20.05.2015
İmişlidə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda keçirilən iki günlük regional konfrans başa çatıb
Mayın 20-də - konfransın ikinci günündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müaviniSəyyad Aran, Komitə sədrinin müavini Gündüz İsmayılov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər və orta məktəb şagirdləri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının moderatorluğu ilə "Ənənəvi dini dəyərlərimiz və gənclik" mövzusunda keçirilən plenar iclasda DQİDK sədrinin müavini Gündüz İsmayılovun “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik”, Komitənin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərovun “Milli-mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər”, Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadənin “Dövrün aktual problemləri: erkən nikah və zərərli vərdişlər” mövzusunda məruzələri dinlənilib. Çıxış edənlər gənclərin maariflənməsi və radikal qüvvələrin təsiri altına düşməməsi üçün dini maarifənmənin aparılmasının, gənclərə, orta məktəb şagirdlərinə milli-mənəvi dəyərlərimizin aşılanmasının vacibliyindən danışıblar.
Konfransın sonunda iştirakçılara kitablar paylanıb.