Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.08.2021

İmişlidə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib

Avqustun 10-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin   təşkilatçılığı ilə İmişli Rayon Mərkəzi Kitabxana  Sisteminin  (MKS)  Mərkəzi Kitabxanasının oxu zalında  Dövlət Komitəsinin 20 illik fəaliyyəti və qurumun sifarişi ilə nəşr olunan kitabların təqdimatına həsr olunmuş tədbir  keçirilib.   

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi və MKS-nin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri, gənclər  iştirak ediblər.

Çıxışlar zamanı  Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilərək Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamı ilə DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının zəruriliyi diqqətə çatdırılıb.  Eyni zamanda ölkəmizdə mövcud olan tolerant və  multikultural dəyərləri təbliğ etmək,  dinimizin olduğu kimi təqdim edilməsi, gənclərin radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunması məqsədilə Dövlət Komitəsi və Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə müxtəlif adda dini təyinatlı ədəbiyyatların çap edilərək dini icmalara, kitabxanalara və keçirilən maarifləndirmə tədbirlərində vətəndaşlara təqdim edildiyi vurğulanıb. Sonda tədbir iştirakçılarına sərgidə nümayiş edilən dini təyinatlı ədəbiyyatlar barədə məlumat verilib və kitab hədiyyələri təqdim edilib.