Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.12.2016

İmişlidə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" adlı seminar-müşavirə keçirilib

Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə İmişli şəhər Heydər Əliyev Mərkəzində "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili"  mövzusunda seminar-müşavirə  keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyularaq xatirəsinin yad edilməsi ilə başlanıb.
Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, İmişli RİH başçısı Vilyam Hacıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, İmişli şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Adıgözəl Bəşirov,  DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və şöbənin əməkdaşları, dini icma sədrləri, din xadimləri, və ziyalılar  iştirak ediblər.
Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” filminin nümayişi ilə başlanıb. Tədbirin  ikinci hissəsini  giriş sözü ilə açan İmişli RİH başçısı Vilyam Hacıyev çıxış edərək  ölkəmizdə dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayıb. Cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışının sürətləndiyini qeyd edib. O, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayaraq, milli-mənəvi dəyərlərimizin inkişafı, dini radikalizm və ekstremizmin fəsadları ilə mübarizə metodları istiqamətində həyata keçirdiyi işlərdən danışıb.  
Daha sonra çıxış edən natiqlər ölkəmizdə dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olacağını nəzərə çatdırıblar.
Sonda tədbir iştirakçılarına Komitə tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar paylanılıb.