Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.08.2017

İmişlidə dini maarifləndirmə tədbirləri davam etdirilir

Avqustun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İmişli rayonu Şahverdili kənd “Əhli-beyt” məscidi dini icması tərəfindən “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Şahverdili kənd ”Əhli-beyt” məscidi dini icmasının sədri Elnur Abbasov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Elnur Abbasov milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq gənclərin milli vətənpərvərlik hisslərinin formalaşmasında bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxış edərək milli-mənəvi dəyərlərimiz və ənənəvi dindarlığın əhəmiyyəti, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə də milli-mənəvi dəyərlərimizə sahib çıxmağın hər kəsin vətəndaşlıq borcu olması haqqında danışıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxışında gənclərin milli-mənəvi və dini dəyərlər əsasında tərbiyəsi, radikal təsirlərdən qorunması kimi mövzular haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.