Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.07.2017

İmişli rayonunda “İslamda həmrəylik və sülh çağrışları” layihəsi uğurla icra olunur

İyulun 28-də İmişli rayon Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasında “İslamda həmrəylik və sülh çağrışları” layihəsi çərçivəsində İslam həmrəyliyi birlik və bərabərliyimizin  tərənnümüdür” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elbəy Dəmirov,  İmişli rayon Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Abil Süleymanov,  dini icmanın üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli rayon Cəfərli kənd “İmam Hüseyn”  məscidi dini icmasının sədri Abil Süleymanov həmrəylik, tolerantlıq və dözümlülük dini olan İslam dininin dünya sivilizasiyasının mühüm səhifəsini təşkil etdiyini, xalqımızın milli-mədəni inkişafında müstəsna rol oynadığını bildirərək islami dəyərlərin və ənənələrin ölkəmizdə  həmişə uca tutulduğunu qeyd edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışında 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, önun tərkib hissəsi olan İslam dininə, İslam ölkələrinin birliyinə nə dərəcədə önəm verdiyinin göstəricisi oduğunu vurğulayıb.  O, Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin dövlətimiz tərəfindən mühafizə edilməsinin xalqımız üçün qürurverici hadisə olduğunu nəzərə çatdırıb.
Daha sonra çıxış edən  kənd ağsaqqalı Vaqif Əliyev ölkəmizdə mövcud olan dini tolerantlığın  qorunmasının və gələcək nəsillərə ötürülməsinin hər birimizin müqəddəs borcu olduğunu deyib.  O qeyd edib ki, Azərbaycan xalqı həmişə olduğu kimi bu gün də ənənəvi islam dəyərlərinə sadiqdir  və yad təsirləri heç vaxt qəbul etməyəcəkdir.
Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.