24.10.2015
İlk dəfə olaraq Aşura günü qeyri-islam dini icmasının rəhbəri qan verib
Qeyri-islam dini icmasının rəhbəri - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein ilk dəfə olaraq Aşura günündə qan verib. A.İşein bildirib ki, ilk dəfədir Aşura günündə qanvermə aksiyasında iştirak edir.
Qeyd edək ki, bütün İslam dünyası üçün müqəddəs bir gün olan Aşura günündə, Kərbəla şəhidlərinin əzadarlığı qeyd olunan gündə qeyri-islam dini icmasının rəhbərinin ölkənin müsəlman əhalisi ilə birgə mərasimdə iştirak etməsinin çox böyük əhəmiyyəti var. Bu fakt özlüyündə ölkəmizin sahib olduğu tolerant və multikultural dəyərlərin bariz göstəricilərindən biridir.
Xatırladaq ki, qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, akademik Vasim Məmmədəliyev, deputat Cavanşir Paşazadə və digər şəxslər iştirak ediblər.
.jpg)
.jpg)
.jpg)