Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.06.2016

Horadizdə "İnsan Hüquqları Aylığı" mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar olaraq iyunun 13-də Füzuli rayonunun Horadiz şəhərində Füzuli Rayonu İcra Hakimiyyətinin və Ombudsmanın təşkilatçılığı ilə "İnsan Hüquqları Aylığı" mövzusunda tədbir keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ombudsman Aparatının Elmira Süleymanova, Füzuli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov,Füzuli rayonunun Polis şöbəsinin rəisi Xəqani Məmmədov, Füzuli rayonu Əhmədallar kənd bələdiyyəsinin sədri Vəfa Süleymanzadə,Füzuli rayon prokuroru Azər Qasımov,Füzuli rayonunun hakimi Məhəmməd Bağırov, Füzuli rayon Ağsaqqallar şurasının sədri Məcnun Namazəliyev, dindarlar və ziyalılar iştirak ediblər.Tədbiri giriş sözü ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açaraq Azərbaycanda insan hüquqlarının qorunub saxlanılmasından, respublikamızın inkişafından və ölkə Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının qorunması istiqamətində gördüyü mühüm işlərdən bəhs edib.
Tədbirdə,həmçinin ombudsman Elmira Süleymanova, Füzuli rayon Polis şöbəsinin rəisi Xəqani Məmmədov və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.