11.06.2016
Horadizdə “Fitnə” filmi nümayiş olunub
İyunun 10-da Füzuli rayonu, Horadiz şəhəri 3 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Fitnə” filmi nümayiş etdirilib. Tədbirdə Füzuli rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Mehdixan Zeynalov, Füzuli rayon Horadiz şəhəri 3 saylı tam orta məktəbin direktor müavini Pərvanə Nəsirova, ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri, rayon dindarları və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Füzuli rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev “Fitnə” filminin təqdimatı haqqında məlumatlar verib və filmin dini radikalimzə qarşı mübarizə istiqamətində aparılan maarifçilik işində böyük əhəmiyyət kəsb etdiytini qeyd edib.
Sonda “Fitnə” sənədli filmi nümayiş etdirilib.