27.09.2017
“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, İsmayıllı RİH başçısının birinci müavini, dini işlər komissiyasının sədri Rövşən Ağayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, başçının müavini Sevil Əhmədova, QMİ-nin İsmayıllı rayonu üzrə nümayəndəsi Şahzadə Bilalov, ümumtəhsil məktəbləri direktorlarının müavinləri, uşaq təşkilatlarının rəhbərləri, ağsaqqallar, dini icma sədrləri, mədəniyyət, səhiyyə və təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rövşən Ağayev Ulu Öndərin dövlətin din siyasəti və mədəniyyətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışıb, bu missiyanın onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğulayıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus dini abidələrimizin qorunması, onların təmiri və yenilərinin tikilməsi istiqamətində imzaladığı sərəncamlar və digər xidmətləri haqqında ətraflı məlumat verib.
RİH başçısının müavini Sevil Əhmədova “Tərbiyə işində milli-mənəvi dəyərlərin imkanlarından səmərəli istifadə yolları” mövzusunda çıxış edib.
RİH başçısının müavini Sevil Əhmədova “Tərbiyə işində milli-mənəvi dəyərlərin imkanlarından səmərəli istifadə yolları” mövzusunda çıxış edib.
Daha sonra Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov, şəhər “Cümə” məscidinin imamı, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov milli-mənəvi və dini dəyərlərdən, eləcədə onların gənc nəslin yetişdirilməsindəki rolundan danışıblar.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)