Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.11.2017

Hərbi hissədə "Şəhadət" sənədli filmi nümayiş olunub

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birgə təşkilatçılığı ilə Şəkidə yerləşən “N” saylı hərbi hissədə “Dini radikalizmlə mübarizənin yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Dövlət Komitəsinin əməkdaşı Namiq Talıbov, hərbi hissənin zabit, gizir heyəti və əsgərlər iştirak ediblər.
Tədbir Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.
Hərbi hissə komandiri mayor Rəşad Hüseynov çıxışında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş filmin əhəmiyyətinə toxunub. R.Hüseynov filmin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, dini radikalizm və ekstremizm meyillərinə qarşı mübarizədə effektiv nəticə verəcəyinə ümidvar olduğunu deyib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dinimizin sülh dini olduğunu, terrora və zorakılığıa qarşı olduğunu vurğulayıb. O, dini radikalizmin yaranmasının səbəblərindən biri kimi İslam haqqında məlumatsızlıq və İslamın düzgün təqdim olunmamasını göstərib. Şöbə müdiri, həmçinin dinimizin Vətənə, onun uğrunda mübarizəyə və şəhidlik məqamına verdiyi dəyərlərdən də danışıb.