Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.01.2026

“Hər məsciddə kitabxana” layihəsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində davam etdirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla başa çatıb.

Bu mərhələ çərçivəsində Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Tərtər rayonlarındakı bir sıra məscidə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.

Təşəbbüsün əsas məqsədi milli-mənəvi dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişlərinin artırılması, həmçinin məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də ictimai-mədəni fəaliyyətlərin həyata keçirildiyi mərkəzlərə çevrilməsinə dəstək verməkdir. 2025-ci ildə ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscid kitabxana ilə təmin edilib. Layihənin cari ildə də davam etdirilməsi planlaşdırılır.

 Bu mərhələ siyahıda göstərilən məscidləri əhatə edib:

 

Ağdam rayonu

 

Ağdam rayonu, Xındırıstan kənd məscidi

 

Ağcabədi rayonu

 

Ağcabədi şəhəri “Cümə” məscidi

Ağcabədi rayonu, Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi

Ağcabədi rayonu, Salmanbəyli kəndi “Heydər” məscidi

Ağcabədi rayonu, Hindarx qəsəbə məscidi

 

Füzuli rayonu

 

Füzuli rayonu “Əhli-Beyt” məscidi

Füzuli rayonu, Böyük Bəhmənli kənd məscidi

 

Cəbrayıl rayonu

 

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd məscidi

 

Tərtər rayonu

 

Tərtər şəhəri “Cümə” məscidi

Tərtər rayonu, Əskipara kənd məscidi